вторник, 29 марта 2016 г.

On beşinci gün

Bu gün tәlimimizin sonuncu günüdür. Günümüz çox maraqlı keçdi.
Hər birimiz layihələrimizi slaydlarla təqdim etdik. Layihəmi təqdim etmək mənə böyük zövq verdi. Çıxışın sonunda ağ vә qara opponentlәr çıxışıma müsbәt vә mәnfi rәy bildirdilәr. Müdafiәdәn sonra test üsulu ilə imtahan verdik.
 
Günün sonunda bloqumuzda sonuncu mesajımızı yazdıq vә xatirә şәkli çәkdirdik.
Bu təlimdə iştirak etmək çox gözəl idi. İnternetlə, kompüterlə bağlı çox şey öyrəndik. Artıq məktəbimizdə bütün müəllimlərə bu təlimdə iştirak etməyi məsləhət görmüşəm.

понедельник, 28 марта 2016 г.

On dördüncü gün

Bu gün təlimin on dördüncü günüdür. Biz artıq təlimi yekunlaşırırıq. Portfoliolarımızı yoxlayıb, təlimçilərimizə təqdim etdik. Tәlimin hәr bir günü maraqlı keçir. Vaxtın neçә keçdiyini hiss etmәdik. :)

суббота, 26 марта 2016 г.

On üçüncü gün

Bu gün təlimimizin 13-cü günüdür. Artıq təlimimizin bitməsinə az qalıb. Bu təlim bizə çox şey öyrətdi. Şagirdlərimizlə biliklərimizi bölüşməyi unutmadıq. Bu gün təlimçimiz Mehriban müəllimə bloq yazılarımıza baxdı, bu haqda bizə məsləhələr verdi, bloqla bağlı müzakirələr apardıq. Təlimçimiz Aybəniz müəllimə fasilitasiya sənədlərinin nümunələri ilə bizi tanış etdi.   Trenning qovluğunda Modul 11-ə daxil olub, Fasilitasiya resurslarının araşdırılması sənədini açdıq.  "Fasilitasiya və texnologiyalardan istifadə " portfoliosunda qiymət fasilitasiya qovluğunu yerləşib, onun üzərində iş gördük.
Bu modulda biz
  • Müxtəlif sualvermə üsullarından istifadə yollarını müzakirə etməyi;
  • Şagirdyönümlü sinfə dəstək vermək üçün təqdimatlar, sənədlər, elektron cədvəllər yaxud Web-əsaslı resurslar yaratmağı;
  • Layihənin gerçəkləşdirilməsinə dair ideyaları planlaşdırmağı və müzakirə etməyi;
  • İdarəetmə resursları yaratmağı;
  • Layihə Planlarını təkmilləşdirməyi;
  • Öyrəndiklərinin üzərində düşünməyi(refleksiya);
  • Layihə Portfoliolarını qiymətləndirməyi;
  • Müəllimlər üçün peşəkar hazırlıq və texnoloji resursları müəyyən etməyi öyrəndik.

четверг, 24 марта 2016 г.

On ikinci gün

Bu gün təlimin 12-ci günüdür.  Bu gün təlimçilər tərəfindən bloq yazılarımız müzakirə olundu. Şagirdlərin uğurlarının izlənməsi üçün dəstək materiallar hazırlandı. Bunun üçün "İntel" təlim mərkəzinin elektron kitabından istifadə etdik. Mövzunun öyrənilməsi planının müvafiq bölmələri yazıldı. Layihənin öyrənilməsi planı üzərində iş görüldü.

вторник, 22 марта 2016 г.

On birinci gün

Bu gün biz şagirdin özünüqiymətləndirməsi haqqında danışdıq. Müəllim şagirdi hər gün qiymətləndirir. Bu formativ qiymətləndirmədir. Bundan əlavə, şagirdlər özü özünü qiymətləndirməlidir. Buna şagirdin özünü qiymətləndirməsi deyilir. Şagirdin davranışı, özünə, ətraf mühitə və insanlara münasibəti, kollektivdə fəal iştirak səviyyəsi ilk növbədə onun özünü qiymətləndirməsini müəyyən edir. Normal səviyyədə özünü qiymətləndirməyə malik olan şagirdlər  həyatda, həmçinin məktəbdə uğur qazanırlar. Belə şagirdlər ətrafdakılara pozitiv yanaşır. Onunla ünsiyyət qurmaq çox xoşdur. Çünki o həmsöhbətinə hörmətlə yanaşır. Bu insan ünsiyyəti elə qurur ki, ətrafdakı insanlar özünü onla bərabər səviyyədə tutsun. Bu cür şagirdlər qrupda fəal iştirak edir və qrupun digər üzvlərinə kömək edir. 


суббота, 19 марта 2016 г.

Onuncu gün

Bu gün təlimimizin 10-cu günüdür. Bu gün biz şagird işinin planlaşdırılması və hazırlanması ilə məşğul olduq.Təlimçilərdən lazımı məsləhətlər aldıq. Mövzumuza uyğun şagird işi hazırladıq.Layihənin öyrənilməsi planı üzrə iş apardıq. Şagird bloqu yazdıq.
 Şagird layihəsinin hazırlanması,bloqun sosial şəbəkələrin tədrisində rolunun öyrənilməsi haqqında diskussiya apardıq.

Bloqun onlayn çıxışı olduğu üçün o veb aləti sayıla bilər. Bloqun layihə metodu və onun mənimsənilməsi üçün böyük əhəmiyyəti var.Belə ki,layihənin mənimsənilməsi üçün mütləq və mütləq veb alətlərindən istifadə olunmalıdır.Sosial şəbəkələrdə blogun rolu ondan ibarətdir ki,bu şəbəkədən şagirdlər daha çox istifadə edirlər.Belə ki onlar chat,facebook,twitter və s.də daha çox olurlar. Şagirdlərin internetdən düzgün istiqamətdə istifadə etmək üçün onları doğru  yönləndirmək lazımdır.Bu zaman onlar arasında əməkdaşlıq,ünsiyyət daha dolğun şəkildə inkişaf edəcək.Müəllim buna nail olsa internetin əhəmiyyətini artırmış olacaq.







четверг, 17 марта 2016 г.

Doqquzuncu gün

Bu gün biz veb 2.0 alətləri ilə işlədikÖyrəndik ki,VEB 2.0 aləti vasitəsilə materiallara müdaxilə edə bilərik. Onu da oyrəndik ki, hər gün istifadə etdiyimiz sosial şəbəkələr, bloglar, internet üzərində yazışmaları VEB 2.0 aləti vasitəsilə icra edirik.
Veb 2.0 texnologiyaları deyildikdə, buraya veb-dizayn, məlumatların yeni ötürülmə texnikası və insanların İnternet saytlarında cəmiyyət yaratmasını aid etmək olar. Bizim şagirdlərin veb 2.0 texnologiyalarına yiyələnməsinin təhsil ictimaiyyətinə həm də milli-mənəvi baxımdan böyük əhəmiyyəti var. Ηazırda biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımız işğal altındadır. Tariximizi bilirik. Bəs onun qayğısına necə? Qalırıqmı? Dövlətimizi təbliğ edə bilirikmi? Bu baxımdan biz yaratdığımız təqdimatları, sənədləri internet istifadəçilərilə paylaşa bilərik. Cavab olaraq paylaşdığımız insanlar öz rəylərini mətn vasitəsilə bildirirlər. Nəticədə bir qrup şagirdlər bu təqdimat və ya sənəd ətrafında kiçik bir cəmiyyət yaradırlar. Beləliklə, sosial şəbəkələr və onların tədrisdə rolu haqqında xeyli müzakirə apardıq. 
Daha sonra veb 2 texnologiyalı elm və təhsil saytında maraqlı krossvordlar, testlər, oyunlar düzəltdik, başqa bir saytda  şaxələndirmə metodu ilə layihəmizin qısa məlumat xarakterli klasterini yaratdıq, digər saytda çərçivələrdən istifadə etməklə slaydımız görünüşündə dəyişiklər etdik, şəkillərdən ibarət maraqlı video çarx yaratdıq. 
17.03.2016